Körpəsini zibil qutusuna atan qadına cinayət işi açıldı

16:34 - 20 İyul 2023

Körpəsini zibil qutusuna atan qadına cinayət işi açıldı

İyulun 17-də Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması və polis əməkdaşları tərəfindən tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, körpəsini zibil qutusuna atan Səbinə Qasımova saxlanılıb, onun izahatı alınıb və zəruri istintaq hərəkətləri icra edilib.

Toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsinin əlamətləri olduğundan həmin maddə ilə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, S.Qasımova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. İş üzrə müvafiq istintaq hərəkətləri və araşdırmalar davam etdirilir. 


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin