Gədəbəydə ərini bıçaqlamaqda şübhəli bilinən qadın tutuldu

11:53 - 23 İyul 2023

Gədəbəydə ərini bıçaqlamaqda şübhəli bilinən qadın tutuldu

İyulun 22-də Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Taryel Musayevin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Manset.az xəbər verir, Gədəbəy rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla 1992-ci il təvəllüdlü Səyidə Musayevanın Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yaşayış evlərindən birində aralarında yaranmış mübahisədən sonra əri Taryel Musayevə bıçaqla xəsarət yetirərək onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. S.Musayeva iş üzrə şübhəli şəxs qismində tutulub.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin