Bakıda qanlı CİNAYƏT: 1 nəfər öldürüldü, 2 yaralı var - VİDEO

08:18 - 31 İyul 2023

Bakıda qanlı CİNAYƏT: 1 nəfər öldürüldü, 2 yaralı var - VİDEO

Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində üç nəfər bıçaqlanıb.

Manset.az xəbər verir ki, nəticədə bir nəfər ölüb, ikisi yaralıdır.

Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

Xəstəxanadan "Xəzər Xəbər"ə verilən məlumata görə, onların durumu orta ağırdır.

Hadisə ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, dünən axşam saat 23:00 radələrində bir nəfərin kəsici - deşici xəsarətlərdən ölməsi, 2 nəfərin isə kəsici - deşici xəsarətlər alması barədə Suraxanı Rayon Prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı Bülbülə qəsəbəsində yerləşən evlərdən birində qısqanclıq zəminində yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Şahin Əhmədov, 1997-ci il təvəllüdlü İmamverdi Quluzadə və 1998-ci il təvəllüdlü Bəkir Qurbanovun bıçaq xəsarətləri alması, sonuncunun həmin xəsarətlər səbəbindən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanıb.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin