Atanın qətlinə görə oğlu axtarılırdı - Qızı saxlanıldı

17:09 - 2 Avqust 2023

Atanın qətlinə görə oğlu axtarılırdı - Qızı saxlanıldı

Avqustun 1-də Astara rayonunun Çürkəş kənd sakini 1952-ci il təvəllüdlü Qubad Əliyevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

 

Astara rayon prokurorluğundan Manset.az-a verilən məlumata görə, əməliyyat nəticəsində cinayətin zərərçəkmişin qızı 1987-ci il təvəllüdlü Rühəngiz Əliyeva tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Rühəngiz Əliyeva rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin