Qanunsuz əldə edilmiş meşə materialı aşkarlandı - FOTOLAR

09:30 - 3 Avqust 2023

Qanunsuz əldə edilmiş meşə materialı aşkarlandı - FOTOLAR

Göyçay rayonunun Cəyirli kəndindəki ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 2,8 m³ həcmində işlik meşə materialı müəyyən edilib.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Manset.az-a bildirib ki, araşdırma zamanı ağac emalı sexinin kənd sakini İlqan Rəhimova məxsus olduğu məlum olub.

“Faktla bağlı sexin sahibi barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb. Sexdə aşkarlanmış işlik meşə materiallarının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı araşdırma aparılır”, - deyə B.Məmmədov əlavə edib.



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin