Universitetlərin boş qalan yerlərinə ixtisas seçimi bu tarixdə APARILACAQ

00:46 - 31 Avqust 2023

Universitetlərin boş qalan yerlərinə ixtisas seçimi bu tarixdə APARILACAQ

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı həftə sonunadək “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

 

Manset.az saytı xəbər verir ki, DİM bu barədə məlumat yayıb.

Bildirilib ki, boş qalan yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları sabah günün ikinci yarısı “Abituriyent” jurnalının 5-ci sayında dərc olunacaq.



Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin