Bu gün bir qrup müəllim sertifikasiya imtahanı verəcək

08:20 - 31 Avqust 2023

Bu gün bir qrup müəllim sertifikasiya imtahanı verəcək

Bu gün pedaqoji stajı 3 il olan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlər, həmçinin sertifikasiyada könüllü şəkildə iştirak etmək istəyən yaşı 60 və daha çox olan təhsilverənlər test imtahanı verəcəklər.

Manset.az-ın xəbərinə görə, iki mərhələdə keçiriləcək hər bir seansda 1 400-dən çox müəllimin iştirak edəcəyi gözlənilir. Nəticələr təsdiq edildikdən sonra yaxın həftələrdə müsahibə mərhələsi ilə bağlı məlumat veriləcək.

Müsahibələrin onlayn formada keçirilməsi nəzərdə tutulur.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin