"Laçın" SBM-dən erməniəsilli şəxslərin keçidi təmin edilir - VİDEO

11:29 - 31 Avqust 2023

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə "Laçın" sərhəd-buraxılış məntəqəsindən (SBM) növbəti dəfə erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilir.

 

Manset.az əbər verir ki, Baku TV-nin Laçına ezam olunmuş hərbi müxbiri Fərdin İsazadənin məlumatına görə, BQXK-ya məxsus ümumilikdə səkkiz nəqliyyat vasitəsinin keçid etdiyi bildirilir.

Qeyd olunub ki, nəqliyyat vasitələrinin içərisində 30-a yaxın erməniəsilli şəxs var. Həmin şəxslərin sənədləri yoxlanılır və sərbəst hərəkətləri təmin edilir.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin