Priqojinin keçmiş tərəfdaşı Bolqarıstanda həbs olundu

11:57 - 31 Avqust 2023

Priqojinin keçmiş tərəfdaşı Bolqarıstanda həbs olundu

“Vaqner” özəl hərbi təşkilatının təsisçisi Yevgeni Priqojinin keçmiş biznes tərəfdaşı Vasiliy Bojkov Bolqarıstanda həbs olunub.

 

Manset.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, bu barədə məlumatı Polşanın “RMF” radiostansiyası yayıb. 

Bojkov Bölqarıstan hökumətinə Rusiya tərəfindən təsir kanalı təşkil etməkdə şübhəli bilinir. 

O, Sofiya şəhərinin hava limanında saxlanılarkən bildirib ki, məhkəmədə öz “adını təmizə çıxarmaq” üçün könüllü olaraq Bolqarıstana qayıdıb. 

Bojkov ölkəyə qayıtmazdan əvvəl barəsində olan onlarla ittiham üzrə cinayət təqibindən gizlənərək 3 il BƏƏ-də yaşayıb.

Bolqarıstanlı iş adamının saxlanılmasında əsas səbəblərdən biri kimi onun Priqojinlə elektron poçt vasitəsilə fəal olaraq yazışması qeyd olunub. Bolqarıstan məhkəməsinin materiallarına əsasən, biznesmenlər bir neçə il əvvəl ünsiyyət qurmağa başlayıb və bu, Priqojinin avqustun 23-ü təyyarə qəzasında dünyasını dəyişməsinə qədər davam edib. Prokurorluq hər iki şəxsin ortaq biznesinin olduğunu da vurğulayıb. 


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin