"İddialı və maraqlı qrupa düşmüşük" - Qurban Qurbanov (FOTO)

17:34 - 1 Sentyabr 2023

"İddialı və maraqlı qrupa düşmüşük".

 

Manset.az xəbər verir ki, bu sözləri  "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən bildirib. 

Qurbanov onu da əlavə edib ki, təsnifat mərhələsində qarşılaşdıqları rəqiblər təhlükəli idi:

"Təsnifat mərhələlərində qarşılaşdığımız komandalar da təhlükəli idi. Qrup mərhələsinə qədər gəlməyimiz heç də asan deyildi. Qrupda asan rəqiblər olmur. "Bayer 04" top-5 ölkəsinin komandasıdır.

"Mölde" və "Hakken" də avrokubok təcrübəsinə malik klublardır və iddialıdırlar. Rəqiblərlə qarşıdakı günlərdə daha yaxından tanış olacağıq. İstənilən halda şanslarımızdan düzgün istifadə edəcəyik. Yaxşı nəticələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik.

Bir sözlə, qarşıda bizi maraqlı oyunlar gözləyir".

Məlumat üçün bildirək ki, "Qarabağ" H qrupunda Almaniyanın "Bayer 04", Norveçin "Molde" və İsveçin "Hakken" komandaları ilə üz-üzə gələcək.



Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin