Vüqar Qurbanov bu xəstəxanaya direktor TƏYİN ETDİ - FOTO

17:39 - 12 Sentyabr 2023

Vüqar Qurbanov bu xəstəxanaya direktor TƏYİN ETDİ - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

 

TƏBİB-dən Manset.az-a verilən məlumata görə, xəstəxananın direktoru vəzifəsi tibb üzrə fəlsəfə doktoru Həsən Hüseynova həvalə olunub.

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov Həsən Hüseynovu bu gün kollektivə təqdim edib.

Qeyd edək ki, H.Hüseynov 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1990-1992-ci illərdə Yaroslavl Dövlət Tibb İnstitutunda klinik ordinaturada təhsil alıb.

H.Hüseynov Naxçıvan Respublika Xəstəxanasında, akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində anestezioloq-reanimatolaq, Mərkəzi Gömrük Hospitalında baş həkim, Bərdə Müalicə Diaqnostika Mərkəzində, Sumqayıt 1 saylı Şəhər Xəstəxanasında direktor vəzifələrində çalışıb.

O, hazırkı təyinatınadək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsində fəaliyyət göstərib.



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin