Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olundu - FOTO

18:04 - 12 Sentyabr 2023

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olundu - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub.

 

Manset.az  APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin iş yükünün çox olması səbəbindən Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva adı çəkilən məhkəməyə ezam edilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar edib. Onun icraatında olan cinayət işləri üzrə məhkəmə prosesləri təxirə düşüb. Həmin işlərin Aytən Əliyevananın icraatına veriləcəyi gözlənilir.



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin