DİQQƏT: Sizə də bu SMS gəlibsə...

00:52 - 13 Sentyabr 2023

DİQQƏT: Sizə də bu SMS gəlibsə...

Son zamanlar Vatsap və digər tətbiqlərdə istifadəçilərin hesablarının kütləvi şəkildə ələ keçirilməsi halları ilə bağlı Elektron Təhlükəsizlik Xidməti mobil operatorlarla birgə vətəndaşlara maarifləndirici SMS-lər göndərir.

 

Manset.az  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, qurum SMS-lər vasitəsilə vətəndaşları onlayn hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirməyə çağırır. Müxtəlif tətbiq və platformalarda ikimərhələli təsdiqləməni aktivləşdirmək üçün təlimatlarla bu linkdə tanış olmaq mümkündür.

Elektron Təhlükəsizlik Xidməti gələcəkdə də vətəndaşlara mövcud kibertəhlükələr barədə məlumatlandırıcı və maarifləndirici SMS-lər göndərməyə davam edəcək.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin