“Ermənistanın yaydığı bu məlumatı qəti surətdə təkzib edirik” - MN

09:00 - 13 Sentyabr 2023

“Ermənistanın yaydığı bu məlumatı qəti surətdə təkzib edirik” - MN

Sentyabrın 13-ü saat 03:40 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

 

Bu barədə Manset.az-a Azərbaycanın Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən bildirilib.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin