XİN-dən Almaniyaya: Dağlıq Qarabağ deyil , Qarabağdır!

23:30 - 29 Sentyabr 2023

XİN-dən Almaniyaya: Dağlıq Qarabağ deyil , Qarabağdır!

Azərbaycan onun suverenliyinə xələl gətirmək cəhdlərinin qarşısını qətiyyətlə alacaq.

 

Manset.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə X sosial hesabında Almaniya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə cavabında qeyd edib.

A.Hacızadə Almaniya XİN-in Qarabağ bölgəsini "dağlıq" adlandırmasına da qarşı çıxıb.

"Ermənistan 30 il işğalçılıq siyasəti yürüdüb, bölgəni "boz zona"ya çevirib. Azərbaycan öz erməni sakinlərini qorumaq və reinteqrasiya etməkdə qətiyyətlidir və qadirdir. Artıq BMT-nin müvafiq qurumları humanitar fəaliyyət və tərk-silah prosesi ilə tanış olmaq üçün Qarabağ bölgəsinə səfərə dəvət edilib", - XİN rəsmisi yazıb.


Xəbər xətti

9 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin