Azərbaycanın FIFA referisi Gürcüstan millisinin oyununa təyinat aldı

17:54 - 13 Noyabr 2023

Azərbaycanın FIFA referisi Gürcüstan millisinin oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Rauf Cabarov təyinat alıb.

 

Manset.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 38 yaşlı ədalət təmsilçisi 21 yaşadək futbolçulardan ibarət Şimali Makedoniya və Gürcüstan milliləri arasında Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.

Ona Namik Hüseynov və Müslim Əliyev kömək göstərəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 16-da Skopyedə reallaşacaq Şimali Makedoniya - Gürcüstan qarşılaşması Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin