“Qarabağ”ın qapıçısı zədəsindən danışdı

10:12 - 14 Noyabr 2023

“Qarabağ”ın qapıçısı zədəsindən danışdı

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsində “Bayer”lə Bakıdakı oyunda (0:1) zədələnib.

 

Manset.az xəbər verir ki, rusiyalı qolkiper ölkəsinin mətbuatına açıqlamasında durumunu dəyərləndirib. Lunyov budəfəki zədəsinin ciddi olmadığını açıqlayıb: “Hər altı ayda və ya bir ildə ciddi zədə almaq çətindi. Düşünürəm ki, indiki zədəm bu vəziyyətdə ən yaxşısıdı. Həkimlərin dediklərinə görə şadam. Həmişə milli üçün oynamaq istəmişəm. Amma indiki durum başadüşülən olmalıdı. Sağlam olmaq daha yaxşıdı. Gələcəkdə milliyə yenidən düşmək olar”.

Qeyd edək ki, Lunyov “Qarabağ”a yay fasiləsində “Bayer”dən keçib. O, uzun fasilədən sonra yenidən Rusiya millisinə çağırılmışdı. Lakin zədə üzündən heyətdən kənar qaldı.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin