İsveç millisinin Bakıya səfər proqramı bəlli oldu

12:24 - 14 Noyabr 2023

İsveç millisinin Bakıya səfər proqramı bəlli oldu

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq İsveç yığmasının səfər proqramı bəlli olub.

 

Bu barədə Manset.az-a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Onun sözlərinə görə, Skandinaviya təmsilçisi bu gün, saat 23:25-də paytaxtımızda olacaq: "Komanda "Hilton" hotelində məskunlaşacaq və qarşılaşmadan sonra İsveçə qayıdacaq. Bakıya 12 isveçli jurnalistin gələcəyi nəzərdə tutulub. Qonaq azarkeşlərlə bağlı isə hələlik bizdə məlumat yoxdur".

Noyabrın 15-də, saat 14:45-də matçın reallaşacağı Tofiq Bəhramov adına Respublika stadionunda qonaqların açıq məşqi, saat 16:00-da baş məşqçi Yanne Anderssonun mətbuat konfransı olacaq.

 

Qeyd edək ki, noyabrın 16-da gerçəkləşəcək Azərbaycan - İsveç görüşü saat 21:00-da start götürəcək. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç üçüncüdür.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin