“Erməni nazir müavininin açıqlaması yalan və böhtanla doludur"

19:16 - 14 Noyabr 2023

“Erməni nazir müavininin açıqlaması yalan və böhtanla doludur

Azərbaycan Sambo Federasiyası Ermənistanın paytaxtı İrəvanda keçirilmiş Avropa çempionatında iştirakdan imtina etmələrinin səbəbini açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilib:

"Azərbaycan və Türkiyə millilərinin noyabrın 10-12-də Ermənistanın paytaxtı İrəvanda keçirilmiş sambo üzrə dünya çempionatında iştirak etməməsinin səbəbi KİV-ə yalan məlumat ötürülməklə çatdırılıb. Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Qiloyanın yerli mətbuata açıqlaması yalan və böhtanla doludur. Bildirmək istəyirik ki, Azərbaycan Sambo Federasiyası Beynəlxalq Sambo Federasiyası (FIAS) tərəfindən diskvalifikasiya olunmayıb. Buna bariz nümunə FIAS-a oktyabrın 18-də göndərdiyimiz rəsmi məktubdur. Orada göstərilib ki, aprel ayında İrəvanda keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb. İdman dəyərlərinə sığmayan bu hərəkəti və idmançılarımızın təhlükəsizliyinin qoruna bilinməyəcəyini nəzərə alaraq yarışda iştirak etməyəcəyimizi bildirmişik", - deyə vurğulanıb.

Federasiya yığmanın 6-8 oktyabrda Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş yeniyetmə və gənclər arasında dünya çempionatına qatıldığını xatırladıb və bunun onların diskvalifikasiya olunmamasını göstərən digər fakt olduğunu vurğulayıb: "Ermənistan KİV-dən məlumatı yayarkən səhv məlumat yaymamağa, verilən istənilən açıqlamanı beynəlxalq qurumlar vasitəsilə dəqiqləşdirməyə çağırırıq".


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin