ANAMA əməkdaşının Ağdamda yaralanması bizi kədərləndirdi - Səfirlik

23:34 - 5 Dekabr 2023

ANAMA əməkdaşının Ağdamda yaralanması bizi kədərləndirdi - Səfirlik

Bu gün Ağdam rayonunda minaların zərərsizləşdirilməsi sahəsində çalışan mütəxəssisin xəsarət alması xəbəri bizi kədərləndirdi.

 

Manset.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi "X" hesabında məlumat yayıb.

"Biz ona ona ən tez zamanda sağlamlığına qovuşmağı arzu edirik. Biz həmçinin minalardan həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Birləşmiş Ştatlar Azərbaycana ərazilərin minalardan təmizlənməsi işində yardım edən sadiq tərəfdaşdır. 2021-ci ilin noyabr ayından etibarən ABŞ münaqişədən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları üçün 3,5 milyon dollar ayırıb", - deyə qeyd olunub.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin