10-cu sinif şagirdi məktəbdə bıçaqlandı

16:52 - 9 Dekabr 2023

10-cu sinif şagirdi məktəbdə bıçaqlandı

Tovuzda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə N.Tusi adına Təbiət və Texniki Təmayüllü məktəb litseyində qeydə alınıb.

Belə ki, məktəbinin 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü  R.M sağ bud nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal məktəbliyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə o, sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə isə dərs vaxtı məktəbin həyətində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin