Bakıda gələn ildən elektrik avtobusları fəaliyyət göstərəcək

07:43 - 19 Dekabr 2023

Bakıda gələn ildən elektrik avtobusları fəaliyyət göstərəcək

Növbəti ildə Bakıda avtobusların elektrik avtobusları hesabına yenilənməsi layihəsinin icrası nəzərdə tutulub.

 

Manset.az APA-ya istinadən bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.

"Bildiyiniz kimi, növbəti il Azərbaycan "COP-29"a ev sahibliyi edəcək. Növbəti ildən biz yeni elektrik avtobuslarını Bakı küçələrində daha sıx görəcəyik", - Rəhman Hümmətov qeyd edib.

Bundan başqa, mövcud marşrut xətlərində avtobusların problemindən danışan R.Hümmətov əlavə edib ki, hazırda Bakıda 400-ə yaxın avtobus müasir tələblərə cavab vermir.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin