Qızılcdan ölən 3 yaşlı Uğurun babası: "Bu, bizim səhvimiz oldu"

00:00 - 19 Dekabr 2023

Qızılcdan ölən 3 yaşlı Uğurun babası:

Lənkəranda qızılcadan ölən uşaq qızılcaya qarşı vaksin olunmayıb.

 

Manset.az xəbər verir ki, bunu azyaşlının babası Elçin Abıyev deyib.

O, bildirib ki, qızılcadan ölən nəvəsi Uğur anadan olunanda xəstəlik keçirdiyindən peyvənddən imtina ediblər.

"Nəvəm pnevmoniya olduğundan peyvənd vurmağa qoymadım. Bu, bizim səhvimiz oldu, gərək vaksin etdirərdik. Uğur evimizin ikinci uşağı idi. O biri nəvəm də qızılcaya yoluxub, hazırda xəstəxanadadır" - E.Abıyev bildirib.

Uşağın babası əlavə edib ki, azyaşlıya müalicə təyin olunsa da, effekt verməyib, xəstəlik ağırlaşıb.

Xatırladaq ki, Lənkəran rayonun Şirinsu qəsəbə sakini, 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadədə bir həftə bundan əvvəl yüksək hərarətlə həkimə müraciət edib. Uşağın halı pisləşdiyi üçün dünən yaxınları tərəfindən təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsələr də, onu xilas etmək mümkün olmayıb.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin