Elektrik naqilləri oğurlayan şəxslər saxlanıldı

09:00 - 19 Dekabr 2023

Elektrik naqilləri oğurlayan şəxslər saxlanıldı

Gədəbəydə elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Manset.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman VAZ-2110 markalı avtomobilin sürücüsü, Gədəbəy rayon sakini, İsmət Allahverdiyevin yol hərəkəti qaydalarını pozduğuna görə saxlayıb və bu zaman avtomobildə çoxsaylı elektrik naqilləri olması, sürücünün özünü qeyri-adekvat aparması polis əməkdaşlarında əsaslı şübhələr yaradıb.

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının İ. Allahverdiyevin ətrafında apardıqları istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, o yaxın tanışları, Ramin Şükürov və Ülfət Abbasov ilə birlikdə Qarıkənd kəndində elektrik dirəklərinin yanında saxlanılan ümumi uzunluğu 408 metr olan elektrik naqillərini gizli yolla oğurlayıblar.

Şübhəli şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib, faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin