Narkotikin təsiri altında maşın idarə edən sürücülər saxlanıldı

09:36 - 19 Dekabr 2023

Narkotikin təsiri altında maşın idarə edən sürücülər saxlanıldı

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətdə olan “Mercedes” və “Chevrolet” markalı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını pozduqları üçün saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, sürücülərin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar, tibbi müayinədən keçirilib və fakt təsdiqini tapıb.

Fuad Məmmədov və Roman Əliyev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.

Bundan başqa monitorinqlər zamanı bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qadağan olunmuş qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.

Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin