Bu gün daha 2 oyun keçiriləcək - Azərbaycan Kuboku

10:07 - 19 Dekabr 2023

Bu gün daha 2 oyun keçiriləcək - Azərbaycan Kuboku

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

 

Manset.az xəbər verir ki , ilk olaraq “İrəvan” “Araz-Naxçıvan”ı qəbul edəcək. Qarşılaşma saat 13:00-da başlayacaq.

Günün ikinci matçı “İmişli” və “Qəbələ” komandaları arasında reallaşacaq. Qəbələ şəhər stadionundakı görüş saat 16:00-da start götürəcək.

Azərbaycan Kuboku

1/8 final

13:00. “İrəvan” - “Araz-Naxçıvan”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

“ASK Arena” (“CBC Sport”/canlı)

16:00. “İmişli” - “Qəbələ”

Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Qəbələ şəhər stadionu (“CBC Sport”/canlı)

Qeyd edək ki, daha əvvəl “Sabah” və “Sumqayıt” 1/4 finala yüksəlib. Bu raundun digər oyunları 20-21 dekabrda keçiriləcək.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin