Ərdoğanın Netanyahunu Hitlerə bənzətməsi İsraili qəzəbləndirdi: “Səfir Türkiyəyə qayıtmayacaq”

15:55 - 28 Dekabr 2023

Ərdoğanın Netanyahunu Hitlerə bənzətməsi İsraili qəzəbləndirdi: “Səfir Türkiyəyə qayıtmayacaq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən qatıldığı tədbirdə Benyamin Netanyahunu Adolf Hitlerə bənzətməsi İsraili qəzəbləndirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Haaretz” qəzetində dərc olunan xəbərdə İsrailin xarici işlər naziri Eli Koen “Ərdoğan Türkiyənin prezidenti olduğu müddətdə səfirlərimiz Türkiyəyə qayıtmayacaq” deyib.

Qeyd edək ki, prezident Ərdoğan dünən qatıldığı tədbirdə "Sizin Hitlerdən nə fərqiniz? Bunlar bizə Hitleri axtarmağa vadar edir. Netanyahunun hərəkətlərinin Hitlerdən geri qalan bir tərəfi yoxdur” ifadələrini işlədib. Ərdoğanın sözlərinə sosial mediada cavab verən İsrailin baş naziri Binyamin Netanyahu isə “Ərdoğan bizə əxlaq dərsi verə biləcək sonuncu şəxsdir” deyib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az