“Real Madrid” Mbappe üçün tələb irəli sürdü

14:11 - 17 Yanvar 2024

“Real Madrid” Mbappe üçün tələb irəli sürdü

“Real Madrid” komandası PSJ-nin hücumçusu Kilian Mbappedən ispanların heyətinə keçmək üçün yazılı zəmanət tələb edir.

 

Manset.az xəbər verir ki, Kral klubu bu yolla 2022-ci ildə Mbappenin transferlə bağlı yalnız şifahi razılıq əldə etdiyi, lakin fransızın sonda PSJ ilə müqaviləsini uzatdığı hadisələrin qarşısını almağa çalışır. Futbolçu ictimaiyyətə açıqlama verməzdən əvvəl “Real Madrid”ə keçmək qərarını yazılı şəkildə təsdiq etməlidir.

Qeyd edək ki, bu mövsüm Mbappe 25 oyun keçirib, 26 qol vurub və dörd məhsuldar ötürmə edib.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin