"Qarabağ"ın yeni transferi sabiq komandası ilə vidalaşdı

20:38 - 17 Yanvar 2024

Qış fasiləsində "Qarabağ"a transfer olunan Azərbaycan millisinin futbolçusu Aleksey İsayev sabiq komandası "Sabah" ilə vidalaşıb.

 

Manset.az  xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi instaqram hesabında paylaşım edib.

O, paytaxt təmsilçisində çalışan hər bir əməkdaşa minnətdar olduğunu bildirib: "İndi hiss etdiklərimi söyləməyin vaxtıdır. Təəssüf ki, bir az gec oldu. Sadəcə, hər şeyi sözlə necə ifadə edəcəyimi bilmədim. "Sabah"a keçidimdə əməyi olan hər kəsə təşəkkür etmək istəyirəm. Allah hamınızı qorusun. Bu 4 il bir anda ötüb keçdi. Həm sevincli, həm də kədərli anlar oldu. Biz bunların hamısını birlikdə keçdik. Meydandakı hər bir komanda yoldaşıma da minnətdaram. Sizinlə oynamaq mənim üçün şərəf idi. Murad Musayevin rəhbərlik etdiyi məşqçilər korpusuna xüsusi təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Aleksey İsayev "Qarabağ"la 3,5 illik müqavilə imzalayıb.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin