Türkiyə millisindən kənarlaşdırılan israilli futbolçunun yeni klubu bəlli oldu

14:19 - 19 Yanvar 2024

Türkiyə millisindən kənarlaşdırılan israilli futbolçunun yeni klubu bəlli oldu

“RAMS Başakşehir” Futbol Klubunun sosial şəbəkədəki İsrail paylaşımından sonra yollarını ayırdığı israilli futbolçu Edin Karzevin yeni ünvanı məlum olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Maccabi Tel-Aviv, satın alma opsiyonu ilə Başakşehirdən Edin Karzevi icarəyə götürdüyünü açıqlayıb.

Karzev açıqlamasında: "Karyerama başladığım kluba qayıtdığım üçün çox xoşbəxtəm. Komandanın mümkün qədər çox çempionluq qazanmasına kömək etmək üçün əlimdən gələni edəcəyəm. Komanda yoldaşlarım və azarkeşlərlə görüşü səbirsizliklə gözləyirəm" deyib.

Əfsanə

Manşet.az


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin