"Evdə söz-söhbət olanda kişini..." - VİDEO

23:36 - 23 Yanvar 2024

"Mən bütün kişilərə şamil etmirəm. Amma elə bil ki, indi bəzən bəylərdə tərsinə olub. O vaxtlar evdə nəsə söz-söhbət olanda xanım küsüb gedərdi atasının evinə... İki-üç gün keçərdi. Bəy də gedib qayınatanın qapısını döyərdi ki, həyat yoldaşımı götürməyə gəlmişəm. Xanım da naz edərdi".

 

Manset.az  baku.ws-ə istinadən bildirir ki, bu sözləri aktrisa Xuraman Əlizadə "Xəbər ətər" verilişində deyib.

Aktrisa indi qadınların yerinə kişilərin evdən çıxıb getdiyini bildirib:

"İndi tərsinə olub. Evdə nəsə söz-söhbət olanda kişi veş-vüşünü götürüb çıxıb gedir. Elə şey olar?".

Ətraflı videoda:


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin