Zaurun verilişinin yayımı dayandırıldı

19:39 - 25 Yanvar 2024

Zaurun verilişinin yayımı dayandırıldı

"ATV" telekanalında yayımlanan "Bizimləsən" proqramının efir yayımı yarımçıq dayandırılıb. 

 

Manset.az xəbər verir ki, bu barədə Demokrat.az-a telekanaldan məlumat daxil olub. 

Məlumata görə, bu gün "Bizimləsən" verilişinin yayımı zamanı efirdə qeyri-etik hərəkətlərə yol verilib. Baş verən bu haldan dərhal sonra "Bizimləsən" proqramının yayımı yarımçıq dayandırılıb. 

Məsələ ilə bağlı "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev Demokrat.az-ın telefon zənglərinə cavab verməyib. 

Xatırladaq ki, teleaparıcı Zaur Baxşəliyevin müəllifi olduğu “Bizimləsən” verilişinin yayımının dayandırılması ilk hal deyil. Bundan öncə də sözügedən verilişin yayımı dayandırılmışdı və buna görə telekanal cərimələnmişdi.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin