"Harada işləməyimdən asılı olmayaraq, həmişə müəllim olmuşam" - Ramin Bayramlı

12:59 - 26 Yanvar 2026

\"Harada işləməyimdən asılı olmayaraq, həmişə müəllim olmuşam\" - Ramin Bayramlı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının  Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin İdarə Heyətinin sədri seçilməsi ilə bağlı məlumat yayılıb.


Manset.az məsələ ilə bağlı Ramin Bayramlı ilə əlaqə saxlayıb. O bildirib ki, söhbət çoxdan keçirilmiş seçkidən gedir:

“Bu, may ayında baş tutmuş köhnə bir seçkidir. Xəbərlərdə indi dərc olunur. Mənim ictimai birliyə təsisçiliyim 2018-ci ildən başlayır, burada böyüdüləcək bir məsələ yoxdur”.

“Hazırda fəaliyyətiniz maraqlıdır. Hansı sahə ilə məşğulsunuz?” sualına isə Ramin Bayramlı bildirib ki, hazırda müəllim kimi çalışır:

“2001-ci ildən Azərbaycan Tibb Universitetinin müəllimiyəm və orda da müəllim kimi davam eləyirəm. Harada işləməyimdən asılı olmayaraq, həmişə müəllim olmuşam”.

Qeyd edək ki, Ramin Bayramlının sədr seçilməsi ilə bağlı xəbəri Unikal.az saytı yayımlamışdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az