Posmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində müharibə iştirakçısı olan 3747 şəxsə reabilitasiya xidmətlərinin göstərilib.
Manset.az xəbər verir ki, bu haqda Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Eyni zamanda müharibə ilə əlaqədar əlilliyi olan 2,4 min şəxsə 88,4 min reabilitasiya vasitəsi, 500-dən çox şəxsə 620 ədəd yüksək texnologiyalı protez təqdim edildiyi də qeyd olunub.
Fidan Vəlisoy