Rəqsanə Səidə Bəkirqızından üzr istədi - VİDEO

09:59 - 03 Fevral 2026

Rəqsanə Səidə Bəkirqızından üzr istədi - VİDEO

Müğənni Rəqsanə İsmayılova jurnalist Səidə Bəkirqızından üzr istəyib


Manset.az xəbər verir ki, Rəqsanə Səidə Bəkirqızı ilə bağlı üzrxahlıq videosu yayımlayıb. Rəqsanə bildirib ki, tənqid yalnız onun sənəti və ya şəxsi fəaliyyəti ilə bağlı olsaydı, buna heç bir reaksiya verməyəcəkdi. Lakin həyat yoldaşı haqqında səsləndirilən fikirlər və alçaldıcı ifadələr onu emosional vəziyyətə salıb:

“Sonradan videoları izlədim və gördüm ki, əsəbi olduğum üçün fikirlərimi düzgün ifadə etməmişəm, bəzi sözləri düzgün seçməmişəm. Demək olar ki, düzgün danışmamışam. Bu videonu kiməsə görə və ya hansısa məqsədlə çəkmirəm. Allah buna şahiddir.”

Müğənni qeyd edib ki, Səidə Bəkirqızının atasının vəfat etdiyini bilməyib:

“Mən heç kimin ölüsünə dil uzatmaram. Hər bir insanın ölüsünə hörmətlə yanaşıram. Səidə xanımın atasına Allahdan rəhmət diləyirəm, anasının əllərindən, gözlərindən öpürəm.”

Rəqsanə əlavə edib ki, bir qadın olaraq söylədiyi sözlərin qarşı tərəfin ailəsi, yaxınları üçün xoş qarşılanmaya biləcəyini anlayır və bunu özünə borc bilərək üzr istəyir:

"Bir qadın olaraq mən bunu özümə borc bilirəm və Səidə xanımdan üzr istəmək istəyirəm. Mən qarşıdurmanın yox, birlikdə bərabər oturub qarşılıqlı anlaşmanın tərəfdarıyam. Yenə də demək istəyirəm ki, Səidə xanım, üzr istəyirəm və düşünürəm ki, Səidə xanım da bunu qəbul edəcək. Biz ikimiz də xanım olaraq görüşəcəyik, söhbət edib bütün söz-söhbətlərə son qoyacağıq və istəyirəm ki, bizim aramızda qarşılıqlı bir mehribanlıq körpüsü yaransın".

Qeyd edək ki, jurnalistlə müğənni arasında yaranan qalmaqal Səidə Bəkirqızının Rəqsanə İsmayılovanın body geyimdə çəkilmiş video və fotolarını tənqid etməsindən sonra başlayıb. Jurnalist həmin görüntüləri şərh edərək müğənninin ailə həyatı ilə bağlı suallar səsləndirib, bu da tərəflər arasında qarşılıqlı ittihamlara səbəb olub.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az