Bu il iyunun 1-dən etibarən identifikasiya nömrəsi ilə elektron ticarət bəyannamələri qəbul edilməyəcək.
Manset.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi bu barədə “Smart Customs” saytı və mobil tətbiqi vasitəsilə istifadəçilərə xəbərdarlıq edib.
Əvvəllər şəxsiyyət vəsiqəsinin FİN kodu ilə “SmartCustoms” və “e.customs.gov.az” sistemlərinə daxil olmaq mümkün idisə, 2026-cı il 1 iyun tarixindən etibarən identifikasiya nömrəsi (FİN və parol) ilə “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə mümkün olmayacaq.
Bu xidmətdən yalnız “Asanİmza”, “SİMA” və ya “myGov/QR” vasitəsilə istifadə etmək mümkün olacaq. Qeyd olunan tarixdən sonra malların bəyan edilməsi üçün “Asanİmza” və ya “SİMA” elektron imzasını əvvəlcədən əldə etmək tövsiyə olunur.