"İlham Əliyevin bu mükafata layiq görülməsi mühüm məsələdir" - DEPUTAT

14:23 - 05 Fevral 2026

\"İlham Əliyevin bu mükafata layiq görülməsi mühüm məsələdir\" - DEPUTAT

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif olunub. Belə ki, "Zayed İnsan Qardaşlığı Mükafatı" Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən prestijli mükafatlarından biridir.


Milli Məclisin deputatı Arzu Nağıyev Manset.az-a açıqlamasında bildirib ki, Cənab Prezident İlham Əliyevin məhz bu mükafata layiq görülməsi çox mühüm məsələdir:


“ “Zayed İnsan Qardaşlığı” mükafatı məlumdur ki, bir neçə dini konfessiyaların birgə, eyni zamanda sülh şəraitində yaşayışı üçün nəzərdə tutulan bir mükafat olub və 2019-cu ildən təsis edilib. Həmçinin bir sıra dövlət xadimlərinə, ictimai xadimlərə sülhün bərqərar olması istiqamətində atılan addımlara görə verilib. Təbii ki, Cənab Prezident İlham Əliyevin məhz bu mükafata layiq görülməsi çox mühüm məsələdir. Çünki dövlət başçısı kimi sülhün bərqərar olması, həmçinin sülhün təmin olunması istiqamətində çox ciddi addımlar atıb. Müharibədən sonra Cənab Prezidentə dəfələrlə qalib dövlət kimi müharibəni davam etdirməyi düşünüb-düşünmədiyi ilə bağlı suallar ünvanlanmışdı. Lakin o, bunu etmədi. Yəni biz müharibə etdiyimiz  kimi, sülhün də bərqərar olması istiqamətində çox ciddi addımlar atırıq. Prezident İlham Əliyev də məhz buna görə dünya ictimaiyyəti tərəfindən sülhsevər xadim, eyni zamanda sülhsevər bir lider kimi tanınıb”.

Deputat qeyd edib ki, bu mükafatın Azərbaycan Dövlət Başçısına, eyni zamanda Ermənistan Baş nazirinə verilməsi hər iki dövlətin rəhbərlərinin məhz sülhün təmin olunması üçün atdıqları addımların zəruri sübutudur:

“Buna görə də, düşünürəm ki, Cənab Prezident layiqli mükafatı aldı. Eyni zamanda qeyd etmək istərdim ki, Cənab Prezident öz çıxışında da bildirdi ki, məhz 8 avqust 2025-ci ildən sonra bu sülhün təmin olunması istiqamətində daha ciddi addımlar atılıb. Artıq iqtisadi, siyasi və digər istiqamətlərdə çox mühüm işlər görülür. Artıq Azərbaycan və Ermənistan arasında yük daşınması, kommunikasiyaların açılması istiqamətində ciddi tədbirlər görülüb. Bu, mühüm məsələdir. Cənab Prezident çıxışında bir məsələyə də toxundu ki, artıq 6 aydır biz tam sülh şəraitində yaşayırıq. 30 ildən çox müddətdə daim müharibələr, münaqişələr yaşayan Azərbaycan artıq sülh şəraitində yaşayır. Sərhədlərimizdə atışmalar yoxdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimiz tezliklə sağlamlıqlarına qovuşsun”.

Arzu Nağıyev vurğulayıb ki, Azərbaycan Prezidentinin apardığı siyasət məhz süverenlik, ərazi bütövlüyü və hər bir Azərbaycan vətəndaşının rifahına köklənib. Bu, Cənab Prezidentin tam olaraq layiq olduğu və Azərbaycan xalqına həsr olunan mükafatdır.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az