Millət vəkili Günay Ağamalı Zabrat yolunda sürət həddini aşaraq qəza törətməsi ilə bağlı xəbər yayılıb.
Manset.az məsələni dəqiqləşdirmək üçün deputat Günay Ağamalı ilə əlaqə saxlayıb. O, yayılan məlumatı təkzib edib:
“Mən heç bir qəza törətməmişəm, hər şey qaydasındadır. Hazırda heç bir problem yoxdur. Niyə və hansı səbəbdən yazılıb, bilmirəm. Belə bir hadisə baş verməyib. Mən hər hansı qəza keçirməmişəm. Ümumiyyətlə, özüm avtomobil idarə etmirəm".
Qeyd edək ki, millət vəkili Günay Ağamalının qəza törətməsi ilə bağlı xəbəri Ajans.az saytı yayıb.