Xəbər verdiyimiz kimi, tanınmış müğənni Vaqif Şıxəliyev komaya düşüb.
Manset.az-ın əldə etdiyi məlumata görə, sənətçi bir neçə gün əvvəl infarkt keçirib. Bundan sonra ona ürək damarlarına stent yerləşdirilib. Lakin əməliyyatdan bir müddət sonra səhhəti qəfil pisləşib və komaya düşüb.
Hazırda Vaqif Şıxəliyev Bakıda yerləşən özəl klinikalardan birinin reanimasiya şöbəsində müalicə alır. Onun vəziyyətinin kritik olduğu bildirilir.
Sənətçinin səhhətindən xəbər tutan sənət dostları da onun müalicə aldığı klinikaya gəliblər.