Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman 2027-ci ilin yanvar ayında neft hasilatı üzrə mövcud kvotaları qoruyacaq və bu məsələ ilə bağlı aylıq görüşlərdən imtina edəcək.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, OPEC+ ölkələri üçün ümumi icazə verilən neft hasilatı həcmi sutkada 36,206 milyon barel təşkil edir.
Razılaşmanın iştirakçıları enerji infrastrukturuna hücumların və beynəlxalq dəniz marşrutlarında yaranan pozuntuların neft bazarında qeyri-sabitliyi artırdığı barədə xəbərdarlıq ediblər.
Bundan əlavə neftin daşınması və sığortası xərclərinin artması dünya iqtisadiyyatında inflyasiya təzyiqlərini gücləndirir.
OPEC+ neft bazarında sabitliyin təmin edilməsi məqsədilə fəaliyyətlərin əlaqələndirilməsini davam etdirmək niyyətini təsdiqləyib.