İraqda Bağdad məhkəməsi İŞİD terror təşkilatına qoşulmaqda təqsirləndirilən yeddi Fransa vətəndaşını ömürlük azadlıqdan məhrum edib. Daha iki Fransa vətəndaşına isə 15 il həbs cəzası verilib.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, 2025-ci ildə Suriyadan İraqa təhvil verilən 47 Fransa vətəndaşının məhkəmə prosesi sentyabrda başlayıb.
İndiyədək təqsirləndirilən şəxslərdən 30-u ömürlük, daha beşi isə 15 il müddətinə azadlıqdan məhrum edilib.
İŞİD-in məğlub edilməsindən sonra Fransa hökuməti terror təşkilatının üzvlərinin ailələrindən yüzlərlə nəfəri, əsasən qadın və uşaqları Suriyadan geri qaytarıb. Bununla belə, Fransa İŞİD-in fəaliyyətində aktiv iştirakda ittiham olunan kişilərin əksəriyyətini ölkəyə repatriasiya etməkdən imtina edir.