logo
logo logo
logo

Özbəkistanda azərbaycanlı jurnalistlər üçün media-tur təşkil edildi - FOTOLAR

19:32 - 29 Noyabr 2026

Özbəkistanda azərbaycanlı jurnalistlər üçün media-tur təşkil edildi - FOTOLAR

Özbəkistanda noyabrın 29-dan dekabrın 6-dək keçiriləcək Azərbaycan Mədəniyyət Günləri ərəfəsində azərbaycanlı jurnalistlər üçün media-tur təşkil edilib.


Manset.az xəbər verir ki, tanınmış jurnalistlər, media rəhbərləri və baş redaktorların iştirak etdiyi səfər çərçivəsində Daşkənd şəhərinin bir sıra tarixi və görməli məkanları ziyarət olunub.

Media-tur iştirakçılarının ilk dayanacaqlarından biri şəhərin diqqətçəkən memarlıq nümunələrindən olan Beynəlxalq Forumlar Sarayı olub. Jurnalistlər sarayın ərazisi ilə tanış olub, burada xatirə şəkilləri çəkdiriblər. Sarayın yaxınlığında yerləşən və Daşkəndin simvolik məkanlarından sayılan Özbəkistan Hoteli də diqqət çəkən ünvanlardan olub.

Daha sonra jurnalistlər Əmir Teymur Meydanını ziyarət ediblər. Səfər iştirakçıları Əmir Teymur Muzeyində də olublar. Muzeydə Əmir Teymurun həyat və fəaliyyəti, eləcə də həmin dövrün tarixi ilə bağlı eksponatlarla tanışlıq olub.

Media-turdan fotoları təqdim edirik:

Media-tur çərçivəsində növbəti ünvan isə Daşkəndin məşhur ticarət məkanlarından biri olan Çorsu Bazarı olub. Burada jurnalistlər əvvəlcə mavi günbəzli binanın ikinci mərtəbəsində yerləşən quru meyvə və çərəzlər bölməsinə baş çəkib, daha sonra suvenirlər və hədiyyəlik əşyaların satıldığı hissə ilə tanış olublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az