İyunun 24-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə iki ölkənin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər iştirak ediblər.
Mərasimdə çıxış edən Rusiya mədəniyyət nazirinin müavini Andrey Malışev nümayəndə heyətinin səmimi qarşılanmasına və Rusiya Mədəniyyəti Günlərinin keçirilməsinə dəstəyinə görə Azərbaycan Respublikası hökumətinə təşəkkürünü bildirib.
Qeyd olunub ki, Azərbaycan və Rusiya xalqlarını çoxəsrlik dostluq əlaqələri və ortaq tarixi inkişaf yolu birləşdirir. Azərbaycanda Rusiya Mədəniyyəti Günləri sonuncu dəfə 2019-cu ildə təşkil edilib: “İstəyirik ki, bundan sonra bu tədbiri ildə bir dəfə olmaqla mütəmadi keçirək. Məhz bu kimi mədəni layihələr iki dövlətin strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrinin daha da inkişafına şərait yaradır. İnanıram ki, bu gün Rusiyalı incəsənət ustalarının azərbaycanlı həmkarları ilə birgə çıxışı da bu əməkdaşlığın ən gözəl nümunəsi kimi alqışlanacaq”.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxışında Azərbaycan və Rusiya arasında mədəni əlaqələr dinamik şəkildə inkişaf etdiyini bildirib.
Çıxışlardan sonra möhtəşəm qala konsert təqdim olunub. Konsertdə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə (dirijor – Rusiyanın Əməkdar artisti İvan Rudin) Aleksey Melnikov (fortepiano), Sergey Doqadin (violin) və Mariya Barakovanın (mezzo-soprano) çıxışları tamaşaçıların alqışları ilə qarşılanıb. Gecədə Azərbaycan vokalçılarının rusiyalı ifaçılarla birgə səhnəni bölüşməsi də böyük alqış doğurub.
P.Çaykovski, S.Raxmaninov, D.Şostakoviç və N.A.Rimski-Korsakovun əsərlərinin yer aldığı proqram tamaşaçılara unudulmaz anlar bəxş edib.
Qeyd edək ki, mədəniyyət günləri çərçivəsində iyunun 25-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Rusiyadan gəlmiş mütəxəssislər Aleksandrina Koloqriva və Nataliya Kulikovanın aktyor sənəti, Alina İvaxın vokal üzrə ustad dərsləri təşkil olunacaq.
Həmin gün sənətsevərlər Akademik Rus Dram Teatrında Moskva Quberniya Teatrının Aleksandr Ostrovskinin "Ailə şəkli" ("Семейная картина", 1847) pyesi əsasında hazırladığı eyniadlı tamaşanı izləyəcəklər.
Bakıda Rusiya Mədəniyyəti Günlərinin açılış mərasimi oldu - FOTO
12:41 - 25 İyun 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
06 Noyabr 2026 - 15:55
Prezidentlə xanımı Cəbrayılda - FOTOLAR
06 Noyabr 2026 - 12:10
Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
06 Noyabr 2026 - 16:05
İlham Əliyev və xanımı Soltanlı kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR/VİDEO
05 Noyabr 2026 - 20:07
Bu şəxslər 3600 manat maaş alacaq
05 Noyabr 2026 - 23:11
Azərbaycanın Türkiyədəki səfiri Binəli Yıldırımla görüşdü
05 Noyabr 2026 - 21:22
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşdi - FOTO
06 Noyabr 2026 - 10:02
İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar
05 Noyabr 2026 - 20:33
Nigar Həmzəyevadan sonra Elvin Hacıyev də Səhiyyə Nazirliyindəki işindən ayrıldı
06 Noyabr 2026 - 01:30
Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
05 Noyabr 2026 - 21:32
Köhnə sənədlə evini qeydiyyata alanlar rüsum ödəyəcək
05 Noyabr 2026 - 23:00
Balakən xəstəxanasına yeni direktor təyin edildi - FOTO
05 Noyabr 2026 - 21:16
Ronaldo üçün vida mərasimi keçiriləcək
Xəbər xətti
- 06 Noyabr 2026
- 18:49 Bakıda sərnişin avtobusu qəza törətdi - Yaralılar var - FOTO
- 18:34 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - FOTOLAR - YENİLƏNİB
- 18:23 Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
- 18:12 İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - FOTOLAR - YENİLƏNİB
- 17:55 Millidən ayrılan Emin Mahmudovdan açıqlama
- 17:51 İnfantinodan Ronaldoya vida mesajı
- 17:48 2 nəfəri öldürməkdə təqsirləndirilən şəxsin işi məhkəməyə göndərildi
- 17:47 "Fənərbağça"da Emre Belözoğlu ilə imzalar atıldı
- 17:40 "Evdən çölə çıxmayın!" - Almaniyada kimyəvi maddə xəbərdarlığı
- 17:32 Məhkəmə ekspertləri ilə bağlı YENİ QƏRAR
- 17:25 Prokuror Kamran Əsədova cəza istədi
- 17:23 "Coğrafi sərhəd tanımadan hücum edəcəyik" - İran ordusundan ABŞ-yə hədə-qorxu
- 17:20 Esseks Universitetində Zəfər Gününün altıncı ildönümü qeyd olundu - FOTOLAR
- 17:15 "Azərenerji" və "Azərişıq" rəhbərliyinin iştirakı ilə "Zəfərdən doğan işıq” adlı tədbir keçirildi - FOTOLAR
- 17:10 Türkiyədə 8 nəfəri qətlə yetirən şəxs saxlanıldı
- 17:07 Türkiyədə yenidən zəlzələ oldu
- 17:03 Beynəlxalq axtarışda olan 2 nəfər Azərbaycana ekstradisiya edildi
- 17:02 Türkiyədə 8 nəfərin qətli ilə bağlı qandonduran detallar üzə çıxdı
- 16:57 ADU-da 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
- 16:50 Azərbaycanda güclü külək əsəcək
- 16:43 "Bu heç bir işə yaramayacaq" - Pit Heqset tənqidlərə cavab verdi
- 16:42 83 yaşlı Əlövsət Polad vəfat etdi
- 16:40 “AzerGold” Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil etdi - FOTOLAR
- 16:32 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirildi
- 16:27 Pakistanda sərnişin avtobusu yük maşını ilə toqquşdu - 11 ölü, 33 yaralı
- 16:20 Daha 2 kəndə içməli su verildi - FOTOLAR
- 16:13 "Arifa Ethno"dan Füzuli xalçalarının naxışları ilə “Qarabağ” kolleksiyası - Zəfərin altıncı ilinə ithaf
- 16:05 İlham Əliyev və xanımı Soltanlı kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR/VİDEO
- 16:00 DYP-dən hərbçilərin yürüşü ilə bağlı AÇIQLAMA
- 15:55 Prezidentlə xanımı Cəbrayılda - FOTOLAR
- 15:54 Doğum zamanı ana ölümlərində şok statistika - Günahkar həkimdir yoxsa laqeyd pasiyent?
- 15:45 Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir - FOTOLAR
- 15:35 Bu tarixə qədər hava PİS KEÇƏCƏK - XƏBƏRDARLIQ
- 15:29 Məktəb avtobusu aşdı - 2 ölü, 16 yaralı var
- 15:25 Bakıda avtomobilin vurduğu piyada 2 gün sonra öldü
- 15:20 Fransada xalq küçələrdə - 448 nəfər saxlanıldı
- 15:17 Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
- 14:59 Ferrari tarixinin ilk tam elektrikli modelini təqdim etdi
- 14:44 Bu bölgə üzrə pensiyalar ödənildi
- 14:29 Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olundu
- 14:17 Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər
- 14:11 Kameraları sındırıb oğurluq etdi - Saxlanıldı
- 14:11 Anasını və qardaşını qətlə yetirdi - Türkiyədə ailə faciəsi
- 14:02 Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU
- 13:53 Pediatrdan mövsümi xəstəliklərlə bağlı ÇAĞIRIŞ
- 13:46 Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra həbs edildi
- 13:39 "Yaxşı olardı ki, kuryerlər də vergiyə cəlb olunsunlar" - Deputat
- 13:33 Bu gün Azərbaycanda qısa iş günü deyil - RƏSMİ
- 13:21 Dünyaca tanınmış "fast-food" şirkətində böhran dalğası
- 13:20 Ombudsmandan Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar BƏYƏNAT
- 13:14 ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək