Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi ləğv edilib.
Manset.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Naxçıvan Muxtar Respublikasındakı İdarəsi” sözləri çıxarılsın.
Nazirlər Kabineti bu qərarla “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 may tarixli 383 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin edib.