"Bu oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır" - İlham Əliyev

16:34 - 09 Avqust 2022

\"Bu oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır\" - İlham Əliyev

"Bu dəfə bu oyunlar Bakıdan sonra Konyada keçirilir. Qardaş ölkədə keçirilir".

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.

"Əminəm ki, siz özünüzü burada evinizdəki kimi hiss edirsiniz. Əlbəttə ki, Türkiyədə bu oyunların keçirilməsi bizim üçün əlavə imkanlar yaradır. Biz çox şadıq ki, bu oyunlar qardaş Türkiyədə keçirilir. Əminəm ki, bu oyunlar həm idman bayramı, həm islam həmrəyliyi bayramı kimi yadda qalacaq", - Prezident vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az