İlham Əliyev və Ərdoğanın müzakirə edəcəyi məsələlər AÇIQLANDI

18:08 - 09 Avqust 2022

İlham Əliyev və Ərdoğanın müzakirə edəcəyi məsələlər AÇIQLANDI

V İslam Həmrəyliyi Oyunları çərçivəsində Türkiyənin Konya şəhərində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçiriləcək.

Manset.az "Haber Global"a istinadən xəbər verir ki, iki ölkə liderlərinin görüş zamanı Ermənistanın Qarabağda törətdiyi son təxribatları və buna cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatını ətraflı şəkildə müzakirə edəcəkləri gözlənilir.

Dövlət başçıları tərəfindən həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlardakı son durum, enerji təhlükəsizliyi və digər vacib məsələlərin müzakirə olunacağı bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az