“Zaman-zaman hesab edirəm ki, belə görüşlərə ehtiyac var. Heç kim deməsin ki, biz bu gün jurnalistlərə nəsə öyrətmək üçün yığışmışış. Bu, qətiyyən belə deyil”.
Manset.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, biz hamımız dövlətimizin siyasətini dəstəkləyirik, dövlətin inkişafı üçün hər kəs öz işini məsuliyyətlə yerinə yetirməlidir.
"Gələcəkdə intensiv fəaliyyətlərlə məşğul olmalıyıq demək, o deyil ki, biz deyəni yazmalısınız və ya siz yazana dərhal reaksiya verməliyik. Məqsədimiz odur ki, bəzi boşluqları aradan qaldıraq. Milli təhlükısizliyə yönəlik çağırışlar edilirsə, prokurorluq öz fəaliyyətinə uyğun qəti addımlar atmalıdır. İndiyə qədər atılıb və bundan sonra da atılacaq. Bizim bu fəaliyyətimizi bəzi media nümayəndələri birmənalı qarşılamır. Qanun pozuntusu baş vermək üzrə olduğu halda vaxtında müdaxilə etməsək, bu, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən neqativ qarşılanır. Xəbərdarlıqlar o zaman edilir ki, daha ciddi qanun pozuntusunun qarşısını alaq. Xəbərdarlıq prokurorluğun fəaliyyət sferasına daxil olan addımlardan biridir".