Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açacaq

16:00 - 18 Avqust 2022

Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açacaq

Ermənistan Azərbaycanla sərhəddə üç buraxılış məntəqəsi açacaq.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihədə deyilir.

Sözügedən buraxılış məntəqələri bunlardır: Kəlbəcər (Kəlbəcər rayonu), Sədərək (Sədərək rayonu), Eyvazlı (Qubadlı rayonu).

Layihənin əsaslandırılmasında qeyd edilir ki, layihənin qəbul edilməsi Baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi göstərişləri yerinə yetirmək zərurətindən irəli gəlir.

Qeyd edək ki, avqustun 4-də erməni Baş naziri bildirib ki, Ermənistan Naxçıvanlaə Azərbaycan arasında əlaqələri günü bu gün təmin etməyə hazırdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az