Metroda tunelə düşüb qaçan sərnişin saxlanıldı

18:49 - 12 Sentyabr 2022

Metroda tunelə düşüb qaçan sərnişin saxlanıldı

Bakı metrosunun "Elmlər Akademiyası" stansiyasında bir sərnişin (kişi) stansiya yoluna düşərək, tunelə doğru hərəkət edib.

Manset.az xəbər verir ki, bu barədə  “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. 

Onun sözlərinə görə, Metropoliten və Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının çevik reaksiyası və təlimat tələblərinə uyğun operativliyi sayəsində sərnişin saxlanılıb. Sərnişin qatara mindirilib. Qatarların hərəkətində ciddi yubanma olmayıb və qısa müddətdə aradan qaldırılıb.

Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az