Xəbər verdiyimiz kimi Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Təxribatlarla bağlı Manset.az-a açıqlama verən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev mülki şəxslər arasında itkilərin olmadığını bildirib
" Hazırda işdəyəm. Mülki şəxslər arasında itki yoxdur. Azərbaycan ordusu təxribata cavab olaraq Ermənilərin canını alır. Yaşasın Azərbaycan ordusu və Ali Baş Komandan!"